Hindistan və Pakistan atəşkəs barədə razılığa gəldilər
Bu barədə Hindistan XİN başçısının birinci müavini Vikram Misri bildirib

Hindistan və Pakistan arasında atəşkəs qüvvəyə minib.
Bu barədə Hindistan XİN başçısının birinci müavini Vikram Misri brifinqdə bildirib.
Onun sözlərinə görə, danışıqların nəticəsi olaraq hər iki tərəfin quruda, havada və dənizdə bütün atəş və hərbi əməliyyatları dayandıracağı barədə razılıq əldə edilib.
Hindistan və Pakistan arasında atəşkəs Bakı vaxtı ilə 15:30-da qüvvəyə minib.