XƏBƏRLƏR / Münaqişə

Ukrayna əsir düşən 246 rus hərbçisini geri qaytarıb

Müvafiq kadrlar "Zvezda" telekanalında nümayiş etdirilir

Ukrayna əsir düşən 246 rus hərbçisini geri qaytarıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna əsirliyindən azad edilmiş 246 rus hərbçisinin olduğu İl-76MD təyyarəsi Moskvaya eniş edib. Müvafiq kadrlar "Zvezda" telekanalında nümayiş etdirilir.

    Rusiya Müdafiə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, aprelin 19-da danışıqlar prosesi nəticəsində 246 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 246 hərbi əsiri təhvil verilib.

    Həmçinin, xoşməramlılıq əlaməti olaraq təcili tibbi yardıma ehtiyacı olan 15 yaralı rus hərbçisinin müqabilində 31 yaralı hərbi əsir köçürülüb.

    Birləşmiş Ərəb Əmirlikləri Rusiya hərbçilərinin əsirlikdən qaytarılması zamanı humanitar vasitəçilik səyləri göstərib.