Qarabağdakı sərvətimizi bu şirkətlər talayıb
Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev xəbər verib
İşğal dövründə Azərbaycanın "Söyüdlü", "Vejnəli", "Dəmirli" və "Qızılbulaq" yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb. Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə məlumat verib.
Sözügedən şirkərlər bunlardır: Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines"; İsveçrənin "Base Metals", "Vallex Group"; Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme"; ABŞ-ın "Global Gold" və Hindistanın "Vedanta Resourcess".
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev onu da bildirib ki, Söyüdlü” qızıl yatağında 112,5 ton resurs olub.
Həmçinin “Vejnəli”də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, “Dəmirli” yatağında 457 min ton mis, “Qızılbulaq” yatağında 13,7 ton qızıl olub: “Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb”.