
“Tasnim News” xəbər verir ki, bu gün İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi İsrailin İrana hücumlarında 606 nəfərin öldüyünü, 5332 nəfərin isə yaralandığını açıqlayıb.
Onun sözlərinə görə, son 24 saat ərzində İsrailin aviazərbələrində 1324 nəfər xəsarət alıb.
Səhiyyə naziri qeyd edib ki, qurbanların 95%-i dağıntılar altında həyatını itirib, yalnız 5%-i isə xəstəxanalarda aldığı yaralardan ölüb.