XƏBƏRLƏR / Münaqişə

Livanda rabitə cihazları partlayır, ölü sayı 20-ə çatıb

460 yaralı var

Livanda rabitə cihazları partlayır, ölü sayı 20-ə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyi teleqram kanalında məlumat yayıb.

    Məlumatda yaralıların sayının 450 nəfərdən 460-a yüksəldiyi bildirilir. Ölən və yaralananların əksəriyyəti 2023-cü ilin oktyabrından Livanın cənubundakı sərhəd bölgələrində İsrailə qarşı döyüşən "Hizbullah" hərəkatının tərəfdarlarıdır.