XƏBƏRLƏR / Münaqişə

Suriyada 100 mindən çox cəsədin olduğu kütləvi məzarlıq

ABŞ-da yerləşən Suriya insan haqları təşkilatı xəbər verir

Suriyada 100 mindən çox cəsədin olduğu kütləvi məzarlıq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyada 100 mindən çox cəsədin olduğu kütləvi məzarlıq aşkarlanıb.

    ABŞ-da yerləşən Suriya insan haqları təşkilatının rəhbəri bildirib ki, Suriyada Dəməşqdən 40 km məsafədə yerləşən kütləvi məzarlıqlardan birində “Əsəd hökuməti tərəfindən öldürülən” ən azı 100 min insanın cəsədi var.

    Suriya Fövqəladə Hallar Qrupunun rəhbəri Mustafa Suriyada belə kütləvi məzarlıqların daha çox olması ehtimalını etiraf edib.

    Onun sözlərinə görə, qurbanlar arasında həm suriyalılar, həm də digər ölkələrin, o cümlədən ABŞ və Britaniya vətəndaşları var.