XƏBƏRLƏR / Münaqişə

İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb

Bu barədə TASS agentliyi məlumat yayıb

İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü raund danışıqlar İstanbulda yekunlaşıb.

    Bu barədə TASS agentliyi məlumat yayıb.

    Məlumata görə, nümayəndə heyətlərinin tam tərkibdə görüşü yerli vaxtla saat 20:37-də başlayıb və təxminən 40 dəqiqə davam edib.


    Bundan əvvəl Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov arasında İstanbulda bir neçə saat davam edən təkbətək görüş baş tutub.

    Türkiyə İstanbulda Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqladı, vasitəçiliyi davam etdirəcəyini vəd etdi

    Türkiyənin xarici işlər naziri Fidan Ankaranın vasitəçiliyi ilə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının 3-cü raundunun davamlı sülhün bərqərar olması istiqamətində daha bir addım olduğunu bildirib. Onun sözlərinə görə, “tərəflərin ümumi iradəsinin qurulmasına daha bir kərpic əlavə edilib”.

    Fidan danışıqların konstruktiv şəkildə getdiyini və “hər yeni nailiyyətin tərəfləri sülhə yaxınlaşdırdığını” vurğulayıb. O, Rusiya və Ukraynaya prezident Ərdoğana etimadına görə təşəkkür edib və Türkiyənin bu prosesdə vasitəçi rolunu davam etdirəcəyinə əmin edib.