XƏBƏRLƏR / Münaqişə

Yunanıstan 8 türk məktəbini bağlayıb

Türkiyə Yunanıstanın bu addımını pisləyib

Yunanıstan 8 türk məktəbini bağlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Yunanıstanın Qərbi Trakiya türk azlığına məxsus daha səkkiz ibtidai məktəbin bağlanması qərarını qətiyyətlə pisləyib.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli "X"sosial şəbəkə hesabında paylaşım edib.

    O bildirib ki, Yunanıstanın şagird sayının azlığını əsas gətirərək qəbul etdiyi bu qərardan sonra türk azlığına məxsus ibtidai məktəblərin sayı 76-ya enib.

    Keçəli, həmçinin İskeçə 1 saylı Türkiyəyə aid ibtidai məktəbində birinci sinfə qəbul zamanı yeni maneələrin yaradıldığını qeyd edərək, bunu Qərbi Trakiya türk azlığının təhsil hüquqlarının sistemli şəkildə məhdudlaşdırılmasının növbəti nümunəsi adlandırıb.

    "Bu cür qərar və addımlar Lozanna Sülh Müqaviləsinin müddəalarının pozulması xarakteri daşıyır".

    O vurğulayıb ki, Yunanıstan Qərbi Trakiya türk azlığının hüquqlarının pozulmasını təsbit edən beynəlxalq məhkəmə qərarlarını və aparıcı Avropa qurumlarının tövsiyələrini icra etməkdən yayınır.

    Keçəli Yunanıstanı azlıqların və əsas insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklərinə uyğun davranmağa çağırıb.

    O əlavə edib ki, Türkiyə Qərbi Trakiya türk azlığının hüquq və mənafelərinin müdafiəsini bundan sonra da qətiyyətlə dəstəkləyəcək.