Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
Bunu Ermənistan Respublikasının Milli Məclisinin sədri Alen Simonyan deyib
Ermənistan parlamnetinin spikeri Alen Simonyan İlham Əliyevlə Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib ki, İrəvan “bu məsələdə irəliyə doğru addım atılmasını” çox istərdi.
"Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq", - Alen Simonyan deyib.