Makron və Zelenski Parisdə mətbuat konfransı keçiriblər
Səslənən bəyanatlar haqda Fransa və Ukrayna mətbuatı məlumat yayır
Fransa və Ukrayna prezidentləri Emanuel Makron və Volodimir Zelenski Parisdə görüşəndən sonra mətbuat konfransı keçiriblər.
Makron:
Bilirik ki, Rusiyanın hərbi səylərinin 40%-i sözdə "kölgə donanması" vasitəsilə maliyyələşdirilir.
İndi ilk dəfə olaraq Rusiyanın neft və qaz sektoruna həqiqətən vahid yanaşma tətbiq olunur. Bu, birincisi, ABŞ-ın son sanksiya qərarı, ikincisi isə "kölgə donanmasına" artan təzyiqlə bağlıdır.
Buna görə də əminəm ki, qarşıdakı həftələrdə Rusiya iqtisadiyyatına və Rusiyanın hərbi əməliyyatları maliyyələşdirmək qabiliyyətinə təzyiq əhəmiyyətli dərəcədə dəyişəcək.
Zelenski:
Ərazi və torpaq məsələsi bəlkə də ən çətin məsələdir. Açığı, biz bu məsələni əvvəllər də qaldırmışıq, amma Avropa tərəfdaşlarının iştirakı olmadan irəliləmək olduqca çətindir.
Bu, xüsusilə bərpa və yenidənqurma səyləri üçün doğrudur, çünki bu proseslərin maliyyələşdirilməsinin əsas hissəsi Avropa ölkələrindən gələcək.
Ukraynanın prioritetləri aydındır: müdafiə, təhlükəsizlik təminatları, Ukraynanın müstəqilliyinin qorunması, suverenliyimizin qorunması.
Rusiya bu müharibəni bitirməlidir, bu, yalnız onun müharibəsidir və məhz o bu təcavüzə son qoymalıdır.
1 dəqiqə