XƏBƏRLƏR / Münaqişə

"Azəravtoyol"un iki əməkdaşı minaya düşüb həlak oldu

Bu barədə AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib

"Azəravtoyol"un iki əməkdaşı minaya düşüb həlak oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus və sözügesən yolda çalışan “Howo” markalı yük maşını  tank əleyhinə minaya düşüb. 

    Nəticədə agentliyin iki əməkaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. 

    Bu barədə ANS Press-ə AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!