XƏBƏRLƏR / Münaqişə

Volqoqrad neft emalı zavoduna dronlar hücum edib

Kütləvi dron hücumundan sonra zavod yanır FOTO

Volqoqrad neft emalı zavoduna dronlar hücum edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın ən böyük neft emalı zavodlarından biri Volqoqradda yanğın baş verib.

    Volqoqrad Neft Emalı Zavodu (OOO LUKOIL-Volqoqradneftepererabotka) kütləvi dron hücumundan sonra yanğına məruz qalıb.

    Zavod 1957-ci ildən fəaliyyət göstərir. Onun gücü ildə təxminən 14,8 milyon ton neftdir. Zavod benzin, dizel və aviasiya yanacağı, yanacaq yağı, neft koksu, bitum və baza yağları istehsal edir.
    Volqoqrad Neft Emalı Zavodu Rusiyanın cənub bölgələrini neft məhsulları ilə təchiz edir.