XƏBƏRLƏR / Münaqişə

Rus hərbçiləri ilk dəfə Amerika PDM-ni qənimət kimi götürüb

Bu barədə Rusiya mətbuatı məlumat yayıb

Rus hərbçiləri ilk dəfə Amerika PDM-ni qənimət kimi götürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya hərbçiləri ilk dəfə olaraq Amerikanın “Bradley” piyada döyüş maşınını qənimət kimi götürüb.

    Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    Qeyd olunub ki, piyadaların döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub.

    Yayın əvvəlindən bölmə əvvəlcə Zaporojye istiqamətində, sonra isə Avdeyevka yaxınlığında 40-dan çox oxşar texnikanı itirib.