XƏBƏRLƏR / Münaqişə

Rumniya sahilində 13 azərbaycanlı olan gəmiyə hücum edilib

Hücum nəticəsində heç kim xəsarət almayıb FOTO

Rumniya sahilində 13 azərbaycanlı olan gəmiyə hücum edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rumıniya sahillərində Azərbaycan dənizçilərini daşıyan gəmiyə hücum edilib.

    Noyabrın 15-i gecəsi yerli vaxtla saat 2:00-da Qara dənizdə Rumıniyanın Sulina limanı yaxınlığında bir ticarət gəmisinə dronlar hücum edib. Bəzi mənbələr "Alı Nəcəfov" tankerinə  hücum edildiyini bildirir.

    İlkin məlumatlara görə, gəmidə 14 heyət üzvü olub: 13 Azərbaycan vətəndaşı və bir Türkiyə vətəndaşı.

    Hücum nəticəsində heç kim xəsarət almayıb. Bütün dənizçilər təhlükəsizdir və təxliyəni gözləyirlər.