XƏBƏRLƏR / Münaqişə

ABŞ-Ukrayna danışıqları başa çatdı YENİLƏNİB

Rubio: Münaqişənin həlli üçün daha çox iş görülməlidir

ABŞ-Ukrayna danışıqları başa çatdı YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 09:50

    ABŞ Dövlət katibi Rubio onları məhsuldar adlandırb. O qeyd edib ki, "Biz yalnız müharibəyə son qoymaq istəmirik; biz həm də Ukraynanın əbədi təhlükəsizliyinə kömək etmək istəyirik. Beləliklə, onlar bir daha heç vaxt başqa bir işğalla qarşılaşmayacaqlar". Bunun üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri tələb olunur.

    Rubio əlavə edib ki, münaqişənin həlli üçün daha çox iş görülməlidir.

    ***

    2025-11-30

    20:08

    Volodimir Zelenskinin nümayəndəsi Rüstəm Umerovun sözlərinə görə, ABŞ-da, Mayamidə Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş başlayıb.

    "Mən Ukrayna Prezidenti ilə daim əlaqə saxlayıram. Bizim aydın direktivlərimiz və prioritetlərimiz var - Ukrayna maraqlarının qorunması, əsaslı dialoq və Cenevrədə əldə edilən nailiyyətlərə əsaslanaraq irəliləmək. Biz Ukrayna üçün əsl sülh və zəmanətli təhlükəsizlik üçün çalışırıq", - Ukrayna nümayəndə heyətinin rəhbəri yazıb.

    "Təkcə atəşkəs kifayət deyil." Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib. 

    "Yalnız döyüşləri dayandırmaq deyil, həm də Ukraynanın uzunmüddətli təhlükəsizliyini və müstəqilliyini təmin edən nəticəni təmin etmək vacibdir. Floridadakı danışıqlar yeni nəticələr verməlidir", - deyə ABŞ Dövlət katibi qeyd edib.

    "Wall Street Journal" qəzetinin məlumatına görə, bugünkü danışıqlar Ukrayna seçki cədvəlini, Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinin mümkünlüyünü və Kiyevlə Vaşinqton arasında həll olunmamış digər məsələləri əhatə edir.
    Daha əvvəl "Axios" mənbəyi bildirib ki, bugünkü görüşdə ABŞ Ukrayna ilə ərazilər və təhlükəsizlik zəmanətləri ilə bağlı "fikir ayrılıqlarını həll etmək" istəyir.