XƏBƏRLƏR / Münaqişə

İki hərbi qulluqçumuz minaya düşərək şəhid olub FOTO

Müdafiə Nazirliyinin məlumatı

İki hərbi qulluqçumuz minaya düşərək şəhid olub FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
    Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

    Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

    Hadisə Ağdam rayonunda baş verib.

    Polkovnik-leytenant Əkrəm Şadmanov "N" saylı hərbi hissəsinin qərargah rəisi olub. O, əslən Kəlbəcər rayonundandır. 

    Əkrəm Şadmanov