Paşinyanın təxribatçı hərəkətləri və bəyanatları davam edir
Baş nazir Rusiya sülhməramlı kontingentindən də gileylənib
Ermənistanın baş naziri Nikol Paşinyan "Laçın" Sərhəd Keçid Məntəqəsinə yaxın ərazidə erməni təxribatı ilə əlaqədar bəyan edib ki, "Azərbaycan humanitar yüklərin Laçın dəhlizi ilə Qarabağa daşınmasına mane olur. Bu davranış anlaşılmaz və qəbuledilməzdir. Laçın dəhlizinin qanunsuz blokadaya alınmasına səbəb guya Ermənistanın dəhlizdən hərbi məqsədlər üçün istifadə etməsi olub".
Baş nazir Rusiya sülhməramlı kontingentindən də gileylənib: "Azərbaycan niyə bu yüklərin Dağlıq Qarabağa daxil olmasına icazə vermir? Bəlkə də ona görədir ki, Azərbaycanın əsl məqsədi Qarabağ sakinlərini acından öldürmək, soyqırım törətməkdir. Qiymətləndirmələrimizdən asılı olmayaraq, biz Bakıdan, Rusiya sülhməramlılarından müsbət cavab gözləyirik, çünki humanitar yardımın ölkəyə daxil olmasının qarşısının alınması Bakının soyqırım törətmək niyyəti ilə bağlı qorxuları təsdiqləyəcək, buna imkan vermək isə, əksinə, ölkədə sülhün bərqərar olması səylərinə töhfə verəcək, regionda etimadın yaradılması istiqamətində müsbət addım olacaq”.