Səfirlik əməkdaşlarının təxliyəsi başa çatıb
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - XİN-in "Twitter" paylaşımında bildirilib.