XƏBƏRLƏR / Münaqişə

SEPAH: ABŞ-ın Qətərdəki hava bazasına zərbələr endirilib

İddia olunur ki, bazanın komandanlıq və idarəetmə mərkəzi hədəfə alınıb

SEPAH: ABŞ-ın Qətərdəki hava bazasına zərbələr endirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SEPAH rəsmi olaraq ABŞ-ın Qətərdəki Əl-Udeyd hava bazasına raket və pilotsuz təyyarə hücumları elan etdi.

    SEPAH Qətərdən əlavə, Küveyt, Bəhreyn, Suriya və İordaniyadakı ABŞ bazalarına və hərbi obyektlərinə də zərbələr endirdiyini elan etdi.

    İran iddia edir ki, bazanın komandanlıq və idarəetmə mərkəzi, eləcə də ABŞ qırıcı təyyarələrinə xidmət və saxlama üçün anqarlar ballistik raketlər və pilotsuz təyyarələr tərəfindən hədəfə alınıb.

    ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hələlik Əl-Udeyd hava bazasındakı dağıntıların miqyası ilə bağlı şərh verməkdən çəkinib.