Türkiyə Xarici İşlər Nazirliyi Netanyahunun cavabını verdi
"Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır"
Türkiyə Xarici İşlər Nazirliyi "Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı haqqında" Press-reliz yayıb:

"Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişin ağrılı hadisələrindən siyasi məqsədlər üçün istifadə etmək cəhdidir.
Fələstin xalqına qarşı törədilən soyqırımda roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır.
Tarixi və hüquqi faktlara uyğun gəlməyən bu bəyanatı qınayır və rədd edirik".
1 dəqiqədən az