Medvedev Kiyevi alır
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini "Telegram" kanalında aqressiv paylaşım edib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumlarını şərh edib.
“Bu andan etibarən SVO (Xüsusi Hərbi Əməliyyat - ANSPress) açıq şəkildə ekstraterritorial xarakter almalıdır. Bu, artıq təkcə rəsmi ərazilərimizin qaytarılması və nasistlərin cəzalandırılması əməliyyatı deyil. Hələ də mövcud olan Ukrayna torpaqlarına getmək olar və lazımdır. Odessayadək, Xarkovadək, Dnepropetrovskadək, Nikolayevədək. Kiyevə və daha uzaqlaradək”, o, Telegram kanalında yazıb.