HƏMAS-ın 49 gün saxladığı girovlar azad edildi
İsrail də 25-i qadın və 14-ü uşaq olmaqla 39 fələstinli məhbusu azad edib

İsrail 25-i qadın və 14-ü uşaq olmaqla 39 fələstinli məhbusu azad edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.
O qeyd edib ki, HƏMAS silahlıları 24 girovu Qırmızı Xaç əməkdaşlarına təhvil verib.
Onun sözlərinə görə, azad edilənlər arasında 13 israilli, 10 taylandlı və bir filippinli var.
"İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb. Ölkə hakimiyyəti bütün məhbusların azad edilməsinə nail olmaq və anklavda hərbi əməliyyatın bütün məqsədlərini yerinə yetirmək niyyətindədir".
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
“Biz qaçırılan uşaqlarımızı, onların analarını və digər qadınları geri qaytarmağın birinci mərhələsini başa vurduq. Onların hər biri bütöv bir dünyadır. Amma mən sizə, ailələrə və İsrail vətəndaşlarına deyirəm: biz qaçırılanların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq”, - deyə Benyamin Netanyahunun bəyanatında bildirilib.
Qəzza zolağında Fələstin radikalları tərəfindən 49 gün saxlanılan girovların ilk qrupu İsrailə gəlib və burada onları hərbçilər və İsrail kəşfiyyatçıları qarşılayıb. Ümumilikdə azad edilənlərin birinci qrupuna 13 İsrail və 12 Tailand vətəndaşı daxildir. Azad edilən İsrail vətəndaşları arasında dörd uşaq və onların anaları da var. Doqquz yaşlı Ohad Mundar istisna olmaqla, azadlığa buraxılanların hamısı qadındır.