XƏBƏRLƏR / Münaqişə

Tramp: Rusiya neft sənayesinə nəzarəti itirib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəllə-çarxa çatmasında Rusiya-Ukrayna müharibəsini suçlayır

Tramp: Rusiya neft sənayesinə nəzarəti itirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp ölkədə dizel yanacağının qiymətinin rekord səviyəyə qalxmasına görə "Truth Social" şəbəkəsində paylaşım edib:

    "Təəssüf ki, Rusiya Ukrayna ilə müharibə səbəbindən neft sənayesinə nəzarəti itirib. Onun çoxlu sayda neft emalı zavodu partladılıb və ən azı müvəqqəti olaraq sıradan çıxarılıb. Ukrayna ilə bu absurd və sonsuz müharibəyə son qoyulmalıdır.

    Bütün dünya əziyyət çəkir, çünki hər ay əsasən əsgərlər olmaqla 25.000 insan həlak olur. Bu biabırçılıqdır!".