XƏBƏRLƏR / Münaqişə

Pakistan Hərbi Dəniz Qüvvələri döyüş atışları keçirir FOTO

Pakistanla qonşu Hindistan arasında münasibətlər getdikçə gərginləşir YENİLƏNİB

Pakistan Hərbi Dəniz Qüvvələri döyüş atışları keçirir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:50

    Öz növbəsində Pakistan Hindistanın atdığı addımlara cavab olaraq hava məkanını Hindistan təyyarələri üçün bağlayıb və həmçinin üçüncü ölkələr vasitəsilə tranzit də daxil olmaqla Hindistanla bütün ticarəti dərhal dayandırdığını elan edib.

    Pakistan bəyan edib ki, Hindistanın Hind çayının sularını paylaşmasını dayandırmaq üçün hər hansı addımı müharibə aktı kimi qiymətləndiriləcək.

    Hind Suları Müqaviləsi 19 sentyabr 1960-cı ildə Pakistanın Kəraçi şəhərində Dünya Bankının vasitəçiliyi ilə Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış müqavilədir. Müqaviləyə əsasən Pakistana suların 70%, Hindistana isə 30% düşür. Hindistan Pakistanın suyunu kəcməmək öhtəliyi götürüb.

    ***

    15:06ndistan;n 

    Hindistan Ərəbistan dənizinin qərb sahillərində R11 Vikrant təyyarədaşıyan gəmisini yerləşdirib.

    ***

    Pakistan Hərbi Dəniz Qüvvələri ölkə sahillərində, öz ərazi sularında döyüş atışları keçirdiyi haqda xəbərdarlıq edib.


    Aprelin 24-dən 25-dək Hərbi Dəniz Qüvvələrinin gəmiləri yerüstü və sualtı döyüş atışları həyata keçirəcək.

    Döyüş atışları qonşu Hindistanla münasibətlərin gərginləşməsi fonunda baş verir.