General Volkov Xankəndidə Vardanyanla danışıqlara başlayıb
Bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb
Dekabrın 28-də günün ikinci yarısında Ermənistanın teleqram kanalları Rusiya sülhməramlı qüvvələrinin komandanı general Andrey Volkovun Xankəndinə gəldiyini bildiriblər. Volkov “hökumət” binasında separatçıların liderlərilə danışıqlara başlayıb. Qeyd edək ki, Volkov “prezident” Arayik Arutyunyanın yox, “dövlət naziri” Ruben Vardanyanın yanına gedib.
Danışıqların məzmunu barədə ancaq mülahizə yürütmək olar. İstisna deyil ki, Volkov Moskvadan və ya Bakıdan hansısa təklifləri çatdıracaq. Lakin aydındır ki, sülhməramlılar özləri yolu açmaq üçün güc tətbiq etməyəcəklər. Çox güman ki, Volkov Vardanyanı inandırmağa çalışacaq ki, Laçın yolunda Azərbaycanın nəzarətilə yeni rejim olacaq.
Bundan əlavə, Azərbaycan nümayəndələrinin monitorinq üçün keçmiş Mardakert rayonundakı mədənlərə buraxılması məsələsi qaldırılacaq.