Abbas Əraqçi 3 saat Uitkoff və Kuşnerlə danışıqlar aparıb
Bu barədə "The New-York Times" qəzeti xəbər verir
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının iclası çərçivəsində amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner ilə görüşüb.
NYT-nin məlumatına görə, Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən görüş üç saat davam edib.
▪️İran dövlət televiziyasının məlumatına görə, İran tərəfi ABŞ-dan dəniz blokadasını ləğv etməyi və dondurulmuş aktivləri azad etməyi, eləcə də bütün cəbhələrdə müharibəyə son qoymağı tələb edib.
▪️İranlılarla danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp prosesin çox yaxşı irəlilədiyini bildirib. O, "çox gec olmamışdan əvvəl" razılaşma əldə olunacağına ümid etdiyini bildirib və İranla münaqişənin noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl başa çata biləcəyini irəli sürüb.
1 dəqiqədən az