XƏBƏRLƏR / Münaqişə

Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib

Bu barədə məlumatı və görüntüləri İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko paylaşıb

Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Silahlı Qüvvələri Rusiyanın tərəfindən işğal olunmuş Zaparojye vilayətinin ərazisində yanacaq daşıyan qatarı məhv edib.

    Ölkənin silahlı qüvvələri Rusiyanın yanacaq dolu çənlər daşıyan yük qatarını vurub.

    Bu barədə məlumatı və görüntüləri İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko paylaşıb.

    "İşğal olunmuş Zaporojye vasitəsilə Rusiya ilə dəmir yolu əlaqəsi artıq mövcud deyil. Söz verdiyim kimi - dolu çənlər daşıyan yük qatarının məhv edilməsinin görüntülərini paylaşıram. Heç nə salamat salmayıb. Kim soruşurdu ki, ruslar niyə gecələr yanacaq daşıyır, həm də maşınlarla? Bax, məhz buna görə. Bu cür itkilərdən qaçmaq üçün”, – deyə paylaşdığı görüntüləri Pyotr Andryuşenko belə şərh edib.