XƏBƏRLƏR / Münaqişə

Pezeşkian: Müharibəni indi bitirmək daha yaxşıdır

Bunu İran Prezidenti "Etemad Online" dərgisinə müsahibəsində deyib

Pezeşkian: Müharibəni indi bitirmək daha yaxşıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Iran Prezidenti M'sud Pezeşkian müharibəni dərhal bitirməyi təklif edib. 

    İran güclü geosiyasi mövqedədir, ona görə də indi Yaxın Şərqdəki münaqişəyə əlverişli şərtlərlə son qoymaq üçün fürsətdir, deyə İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.

    "Müharibə müəyyən bir nöqtədə bitməlidir. Ona son qoymaq üçün ən yaxşı vaxt indi, güclü mövqedə olduğumuz, hörmət edildiyimiz və bütün dünyanın qələbəmizi tanıdığı, ABŞ-ın qaydalara zidd olaraq məktəblərimizə, xəstəxanalarımıza və infrastrukturumuza hücum etdiyini vurğuladığı vaxtdır", - deyə "Etemad Online" onun sözlərini sitat gətirib.