"İslami Cihad": 7 min fələstinli məhbus azad edilməlidir
Radikal qruplaşma əks halda əsir götürmüş İsrail hərbçiləri və mülkilərini qaytarmayacağını deyir
Fələstinin radikal "İslami Cihad" qrupu artıq bəyan edib ki, 7 min fələstinli məhbus azad edilənə qədər əsir götürülmüş bütün israillilər əsir qalacaq.
Eyni zamanda qrup nümayəndələrindən biri qeyd edib ki, onların bütün məhbuslarla dəyişdirilməsi üçün əsirlikdə olan kifayət qədər İsrail əsgərləri var.