Ermənistan Azərbaycana mina xəritələri verəcək
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb

Ermənistan Azərbaycana yeni mina xəritələri verəcək.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xəritələrin yaxın günlərdə təhvil veriləcəyi gözlənilir.
Açıqlamada iddia edilir ki, Ermənistan sərəncamında daha keyfiyyətli xəritələr yoxdur.
"Xəritələrin nüsxələri beynəlxalq tərəfdaşlara veriləcək”, - məlumatda bildirilir.