Molla rejimi təslim olmaq niyyətində deyil
İranın ali rəhbəri Əli Xomeneinin xalqa müraciətini televiziyada diktor oxuyub

İran zorla boynuna qoyulduğu müharibəyə və zorla boynuna qoyulduğu sülhə müqavimət göstərəcək.
"İRNA"nın məlumatına görə, bunu Ayətullah Xamenei bu gün günorta saatlarında televiziya müraciətində bəyan edib. Qeyd edək ki, Xamenei efirdə görünməyib, bəyanatı dövlət televiziyasının aparıcısı oxuyub.
O, çıxışında ABŞ-a da hədə-qorxu gəlib: "İranı, İran millətini və tarixini bilən müdrik insanlar heç vaxt o xalqla təhdid dili ilə danışmayacaqlar, çünki İran xalqı təslim ola bilməz və amerikalılar bilməlidirlər ki, ABŞ-ın istənilən hərbi müdaxiləsi, şübhəsiz ki, qarşısıalınmaz zərərlə müşayiət olunacaq".
Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi xəbərdarlıq edib ki, ABŞ-ın İsrailin İrana qarşı əməliyyatına müdaxiləsi “tammiqyaslı müharibəyə” gətirib çıxaracaq. “Amerikanın istənilən müdaxiləsi regionda genişmiqyaslı müharibəyə səbəb olacaq".