Qəzzaya humanitar yük daşıyan 60 avtomobil daxil olub
Oktyabrın 12-dən indiyədək isə Qəzza sektoruna 100-ə yaxın yük maşını daxil olub
Humanitar yük daşıyan 60 maşından ibarət karvan Misirlə sərhəddə yerləşən “Rafah” nəzarət-buraxılış məntəqəsindən Qəzza sektoruna keçib.
Misir mediası xəbər verir ki, “Rafah” məntəqəsi blokadada olan Fələstin eksklavının cənub rayonlarına ərzaq, su, çadır, gigiyena vasitələri, həmçinin tibbi ləvazimatlar çatdırmaq üçün yeganə yoldur. Bundan öncə Fələstin Qırmızı Aypara Cəmiyyətinin xahişi ilə hazırlanan böyük həcmdə dərman və tibbi vasitələr daşıyan 47 maşın həmin məntəqədən keçib. Oktyabrın 12-dən indiyədək isə Qəzza sektoruna 100-ə yaxın yük maşını daxil olub.
Ötən həftə Ərəb Ölkələri Liqasının Baş katibi Əhməd Əbu əl-Qeyt BMT-nin Təhlükəsizlik Şurasında çıxışı zamanı hazırda Qəzza sektoruna çatdırılan humanitar yardımın fələstinlilərin mövcud tələbatları ilə müqayisədə okeanda damcıya bənzədib.