XƏBƏRLƏR / Münaqişə

Qazaxıstan: XBKK yaxınlığında 2 tankerə dron hücümü edilib

Qazaxıstan mənbələri xəbər verir

Qazaxıstan: XBKK yaxınlığında 2 tankerə dron hücümü edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) dəniz terminalı yaxınlığında iki tanker dron hücumuna məruz qalıb.

    Qazaxıstan Enerji Nazirliyi xəbər verir ki, iyulun 30-da VPU-3 tək nöqtəli lövbərsalma məntəqəsində neftin yüklənməsini başa çatdıran “Nissos Sifnos” tankeri hücuma məruz qalıb. Hücum təhlükəsi səbəbindən yükləmə prosesi dayandırılıb.

    Yüklənməsi planlaşdırılan “Marathi” tankerinə də XBKK dəniz terminalından 6-7 dəniz mili məsafəsində dron hücumu edilib.

    Əldə edilən məlumata görə, gəmi heyətləri arasında xəsarət alan olmayıb və neft dağılması baş verməyib. Baş verən yanğın isə konsorsiumun üç yedək gəmisinin köməyi ilə söndürülüb.