XƏBƏRLƏR / Münaqişə

Tümen NEZ-ə PUA düşüb, yanğın baş verib

TASS xəbər verir

Tümen NEZ-ə PUA düşüb, yanğın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Tümen neft emalı zavodunun ərazisində pilotsuz uçuş aparatının (PUA) düşməsindən sonra yanğın baş verib.

    Bu barədə TASS regionun qubernatoru Aleksandr Moora istinadən məlumat yayıb.

    Onun sözlərinə görə, hadisə yerində fövqəladə xidmətlərin mütəxəssisləri işləyir.

    “Vəziyyəti şəxsi nəzarətimdə saxlayıram”, – qubernator “Max” platformasında yazıb.

    Hadisənin digər təfərrüatları, o cümlədən zərərin miqyası və PUA-nın mənşəyi barədə məlumat açıqlanmayıb.