XƏBƏRLƏR / Münaqişə

Tramp HƏMAS-ın tərksilah edilməsi haqda sazişi elan etdi

Bu barədə ABŞ Prezidenti "Truth Social" şəbəkəsində yazıb

Tramp HƏMAS-ın tərksilah edilməsi haqda sazişi elan etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp Qəzza zolağındakı HƏMAS və bütün digər silahlı qrupların tamamilə tərksilah edilməsi ilə bağlı "tarixi razılaşma" elan edib.

    Tramp iddia edib ki, Misir, Qətər və Türkiyə vasitəçi kimi çıxış edirlər. O bildirib ki, İsrail "layiq olduğu təhlükəsizliyi alacaq və Qəzza nəhayət öz xalqına xidmət edən yeni Fələstin hökumətinin əlində olacaq". 

    Eyni zamanda, Amerikalı mənbə bildirib ki, İsrailin razılaşmanı rədd etməsi Trampı "məyus edəcək", çünki İran uzun müddətdir HƏMAS-ı razılaşmadan imtina etməyə inandırmağa çalışıb, lakin Vaşinqton "bunun öhdəsindən gələ bilib".