XƏBƏRLƏR / Münaqişə

İsrail səfirliyinə hücum cəhdinə İran məsuliyyət daşıyır

Bunu Israilin Azərbaycandakı səfirliyinə hücum cəhdi barədə xarici işlər naziri Eli Koen bildirib

İsrail səfirliyinə hücum cəhdinə İran məsuliyyət daşıyır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, İran İsrailin Azərbaycandakı səfirliyinə hücum cəhdinə görə məsuliyyət daşıyır.

    İsrailli nazirin sözlərinə görə, Azərbaycanda saxlanılan terrorçu İran tərəfindən maliyyələşdirilib və bu təlimatı oradan alıb.

    “Hücumun arxasında Tehran dayanır. İran terrorizmi qlobal təhlükədir və bunu İsrailin Bakıdakı səfirliyinə hücum cəhdi, həmçinin Kipr və Yunanıstanda israillilərə və yəhudilərə hücum cəhdləri sübut edir”, - Koen Serbiyaya rəsmi səfəri zamanı verdiyi bəyanatda bildirib.

    Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşının saxlanıldığını açıqlamışdı.