XƏBƏRLƏR / Münaqişə

Xankəndidə gərginlik: Vardanyanın əleyhdarları artır

Bu barədə məlumatı erməni mənbələri yazıb

Xankəndidə gərginlik: Vardanyanın əleyhdarları artır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xankəndidə separatçıların “dövlət naziri” adlandırlan Ruben Vardanyana qarşı bir neçə “müxalifət fraksiyası” yaradılıb. Bu barədə məlumatı erməni mənbələri yazıb. Qeyd edilib ki, Vardanyanın əleyhdarları Ermənistandakı səlahiyyətlilər tərəfindən idarə olunur və maliyyələşdirilir.

    Məlumata görə, son vaxtlar Paşinyan hakimiyyətini təhdid edən Vardanyanın qəfildən Qarabağdan İrəvana köçməsi də baş verə bilər. Buna görə də rəsmi İrəvan qabaqlayıcı təbirlər görməkdədir.

    Mənbə bildirir ki, Vardanyandan narazı olanların bir qrupu Qarabağda əvvəllər müxtəlif “vəzifələr” tutmuş keçmiş “məmurlardır”. Narazıların digər qrupu isə erməni milyarderin gəlişindən sonra işdən və qazancdan məhrum olanlardır. Məlumata görə, R.Vardanyan da artıq hamının “işlərinin” araşdırılması barədə tapşırıq verib. Mümkündür ki, milyarderə müxalif olanlara qarşı hər an cinayət işinin açılması üçün dəlillər tapıla bilər.

    Baş verənlər həm Qarabağ separatçıları arasında gərginliyin artdığını, həm də Vardanyanla Paşinyan arasında münaqişənin dərinləşdiyini göstərir.