"İslamabad Memorandumu ABŞ-ın məğlubiyyət bəyanatıdır"
Bunu Bakıda İƏT-in tədbirində İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bəyan edib
“İslamabad Sazişi təzyiq və ya məcburiyyətin nəticəsi deyil, İran xalqının müqaviməti və gücünün nəticəsi idi. Bu saziş göstərdi ki, dialoq yalnız qarşı tərəf qədim və mədəni bir xalqa öz iradəsini tətbiq etməyi dayandırdıqda və onların hüquqlarını tanıdıqda nəticə verir. Buna görə də biz İslamabad Memorandumunu ABŞ üçün məğlubiyyət bəyanatı hesab edirik”, - deyə İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Bakıda keçirilən İƏT Üzv Dövlətlərinin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışında bildirib.
O, həmçinin Tehranın İslam dövlətləri, xüsusən də Fars körfəzi ölkələri ilə təhlükəsizlik sazişləri imzalamağa hazır olduğunu bəyan edib. O, əlavə edib ki, bu sazişlər iqtisadi əməkdaşlıqla dəstəklənməlidir.
"İran İslam Respublikasının siyasəti bu fundamental inanclara əsaslanır ki, bölgənin təhlükəsizliyi region ölkələrinin özləri tərəfindən təmin edilməlidir. Heç bir ölkə öz təhlükəsizliyini başqalarının hesabına təmin edə bilməz. Regionun iqtisadiyyatı və inkişafı bütün xalqların rifahına xidmət etməlidir", - deyə Qalibaf əlavə edib.
1 dəqiqə