XƏBƏRLƏR / Münaqişə

İran-ABŞ danışıqları iyunun 30-da davam etdiriləcək

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin məlumatında  bildirilib

İran-ABŞ danışıqları iyunun 30-da davam etdiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran və ABŞ arasında texniki səviyyəli danışıqlar müvəqqəti fasilədən sonra gələn çərşənbə axşamı yenidən başlayacaq.

    Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin məlumatında  bildirilib.

    Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi həftəlik mətbuat brifinqində çıxışı qeyd edib ki, Pakistan və Qətər sülh razılaşmasının effektiv icrasını təmin etmək məqsədilə yaxın həftələrdə ABŞ və İrandan gələn texniki heyətlərlə görüşlərini davam etdirəcəklər.

    Andrabinin sözlərinə görə, İsveçrədə imzalanan sülh memorandumı və ABŞ-İran danışıqlarının ilk mərhələsi fikir ayrılıqları və münaqişələrin həllində dialoq və diplomatiyanın ən təsirli vasitə olduğuna inamı daha da gücləndirib.

    Nazirlik rəsmisi Pakistanın regional sülhün təşviqi, dialoqun dəstəklənməsi və gərginliyin azaldılması istiqamətində oynadığı konstruktiv rola görə müxtəlif ölkələrdən və beynəlxalq tərəfdaşlardan gələn müsbət qiymətləndirmələri və təşviqedici bəyanatları məmnunluqla qarşıladıqlarını bildirib.

    Andrabi həmçinin Pakistanın vasitəçilik səylərinə dəstək verən bütün ölkələrə və tərəfdaşlara təşəkkürünü ifadə edib.