İran-Pakistan sərhədində qarşıdurma baş verib, ölən var
Bu barədə IRNA məlumat yayıb

İranın cənub-şərqində sərhədçilərlə silahlı qruplaşma arasında toqquşma baş verib.
Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında Sistan və Bəlucistan vilayətinin Səravan şəhərində sərhədçilər ilə terrorçu qruplaşma arasında baş verən silahlı qarşıdurmada bir nəfər sərhədçi ölüb, iki nəfər yaralanıb.