Qalibaf atəşkəsin pozulduğunu bildirib
“Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar ağılsız görünür”
İran Parlamentinin sədri və ABŞ-la gözlənilən danişiqlarda İran nümayyəndə heyyətinin rəhbəri Məhəmməd Qalibaf "X" şəbəkəsində paylaşım edib:
Atəşkəs razılaşmasının üç bəndi artıq pozulub:
1. Livanda 10 bəndlik atəşkəs planının birinci bəndinə əməl edilməməsi — Baş nazir Şahbaz Şərifin də "Livan və digər bölgələr də daxil olmaqla hər yerdə dərhal atəşkəs" elan edərkən birbaşa istinad etdiyi öhdəlik.
2. Lar şəhərində (Fars əyaləti) məhv edilən PUA-nın İran hava məkanına daxil olması, İran hava məkanına daha çox müdaxiləni qadağan edən bəndin açıq şəkildə pozulmasıdır.
3. Çərçivə razılaşmasının altıncı bəndində nəzərdə tutulduğu kimi, İranın uran zənginləşdirmək hüququnu tanımaqdan imtina.
Beləliklə, "danışıqlar üçün işlək əsas"ın özü, hətta başlamazdan əvvəl açıq və aşkar şəkildə pozulub və belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar ağılsız görünür.
1 dəqiqə