XƏBƏRLƏR / Münaqişə

Moskva hava limanları dronlara görə 2-ci gecədir işləmir

"Rosaviasiya" axşam saatlarında hava limanlarında "Kovyor" planı elan edib

Moskva hava limanları dronlara görə 2-ci gecədir işləmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskva hava limanları dron hücumlarına görə ardıcıl ikinci gecə fəaliyyətini məhdudlaşdırıb. Vnukovo və Şeremetyevo, Moskvaya dron hücumları səbəbindən ardıcıl ikinci gecə təyyarələrin enişi və uçuşlarına məhdudiyyətlər tətbiq edib.

    "Ostorojno, Moskva" Telegram kanalının xəbərdarlığına əsasən, 120-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib: təxminən 40 uçuş və 80-dən çox eniş.

    Axşam saatlarında hava limanları "Kovyor" planını tətbiq edib və bəzi uçuşlar ertəsi gün üçün təxirə salınıb.