XƏBƏRLƏR / Münaqişə

Tramp Rusiya-Ukrayna müharibəsini 100 gün ərzində bitirəcək

"The Wall Street Journal" yazır ki, bu barədə Tramp Rusiya-Ukrayna müharibəsi üzrə xüsusi elçisi Kit Kelloqa tapşırıq verib

Tramp Rusiya-Ukrayna müharibəsini 100 gün ərzində bitirəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tramp Rusiya-Ukrayna müharibəsi üzrə xüsusi elçisi Kit Kelloqa Ukraynadakı müharibəni 100 gün ərzində dayandırmağı tapşırıb.

    Tramp Kiyevə silah tədarükünün dayandırılmasını istisna etməyib, Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

    ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə “istənilən vaxt” görüşməyə hazır olduğunu bildirib.

    Jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri ümid etdiyini bildirib ki, onun Rusiya lideri ilə təması “tezliklə” baş tutacaq.

    Trampdan soruşublar ki, Amerikanın yeni administrasiyası Kiyevə silah tədarükünü davam etdirəcək, yoxsa onu tamamilə dayandırmaq imkanını nəzərdən keçirir.

    “Biz bu məsələni öyrənəcəyik, Ukrayna prezidenti Vladimir Zelenski ilə çox yaxında danışacağıq, görək nə olacaq”.

    O, əlavə edib ki, Çin prezidenti Si Cinpindən Ukraynadakı münaqişənin həllinə köməklik göstərməsini xahiş edib.

    ABŞ prezidenti həmçinin Moskvanın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar aparmayacağı təqdirdə Rusiya Federasiyasına qarşı sanksiyaların daha da sərtləşdirilməsini mümkün hesab edib.