XƏBƏRLƏR / Münaqişə

İsrailin Livana hücumu nəticəsində 254 ölü, 1165 yaralı FOTO

Bu barədə "Al Jazeera" xəbər verir YENİLƏNİB

İsrailin Livana hücumu nəticəsində 254 ölü, 1165 yaralı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:30

    ABŞ və İran arasında atəşkəs əldə edildikdən sonra İsrailin hücumları nəticəsində Livanda azı 254 nəfər həlak olub, daha 1 165 nəfər yaralanıb.

    "Al Jazeera" xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin məlumatında deyilir.

    ***

    2026-04-08 17:22

    ABŞ və İran arasındakı atəşkəsdən sonra İrailin Livanın Tir və Sidon şəhərlərinə endirdiyi hava zərbələri nəticəsində yüzlərlə insan ölüb.

    Bu barədə Livanın səhiyyə naziri Rakan Nassereddine “Al Jazeera“ya məlumat verib.

    Məlumata görə, zərbələrdən əvvəl İsrail ordusu bölgə əhalsini ərazini tərk etmələri barədə xəbərdar edib.

    Qeyd edək ki, İsrailin Livana genişlənən hücumları indiyədək ölkə üzrə ən azı 1,2 milyon insanın məcburi köçürülməsinə səbəb olub.

    "The Jerusalim Post" yazır ki,  "Hizbullah rəsmisi bildirib ki, İsrail atəşkəsə əməl etməsə, heç bir tərəf onu dəstəkləməyə borclu deyil. Bu, İsrail Müdafiə Qüvvələrinin Livanın cənubunda terrorçu qrupa qarşı hərbi kampaniyanı davam etdirdiyini təsdiqləməsindən sonra baş verib. 50 İsrail qırıcı təyyarəsi bir dəqiqə ərzində Livanın müxtəlif bölgələrinə 160 bomba atıb."