HƏMAS ölən dörd girovun cəsədini İsrailə verib
Bu barədə HƏMAS rəsmiləri xəbər yayıb

HƏMAS ölən dörd girovun cəsədinin İsrailə təhvil verildiyini açıqlayıb.
Bunlara Guy İloz, Yossi Sharabi, Bifina Joshi və Daniel Peretzin cəsədləri daxildir.
Onların dördü də 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu zamanı əsir götürülüb.