XƏBƏRLƏR / Münaqişə

Bu gün Qəzza ilə İsrail girov mübadıləsi keçirir YENILƏNIR

Bu barədə İsrail Ordusunun Radiosu xəbər yayıb

Bu gün Qəzza ilə İsrail girov mübadıləsi keçirir YENILƏNIR
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Üç israilli girov - Arbel Yehud (29 yaş), Agam Berger (19 yaş) və Qadi Moses (80 yaş), həmçinin adları açıqlanmayan 5 Tailand vətəndaşı HƏMAS əsirliyindən azad edilib və Qırmızı Xaça təhvil verilib.

    İsrail hakimiyyətinin həmçinin 110 fələstinli məhbusu azad edəcəyi gözlənilir.

    ***

    12:20

    Israil Ordusundan verilən məlumata görə, Qəzza zolağında azad edilmiş girov İsrail hərbçilərinə təhvil verilib və İsrailə yola düşüb.

    ***

    İsrail Ordusu Radiosu: Bu gün girovların azad edilməsi Qəzza zolağının bir neçə yerində baş tutacaq.

    Proses İsrail vaxtı ilə saat 09:00-da başlayacaq. Qeyd olunur ki, 8 girov (3 İsrail və 5 Tailand vətəndaşı) müqabilində 110 fələstinli məhbus azad ediləcək.

    Eyni zamanda Livanın “Əl Mayadeen” telekanalı xəbər verir ki, azad edilmə sektorun şimalında Cəbəliyyədə və anklavın cənubundakı Xan Yunesdə bir neçə nöqtədə aparılacaq.