XƏBƏRLƏR / Münaqişə

İsraillə HƏMAS arasında atəşkəs daha iki gün uzadıldı

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari xəbər verib

İsraillə HƏMAS arasında atəşkəs daha iki gün uzadıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb.

    Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "X" hesabında məlumat yayıb.

    Qeyd olunub ki, bu barədə tərəflər arasında razılıq əldə olunub.

    "Qətər davam edən vasitəçiliyi çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir", - deyə bildirilib.