Suriyanın cənubunda silahlı toqquşmalar: 37 nəfər həlak olub
Suriya İnsan Haqları Müşahidə Qrupu xəbər verir

Suriyanın cənubunda qəbilələr arasında silahlı toqquşmalar: 37 nəfər həlak olub.
Suriyanın cənub-qərbindəki Əs-Suveyda əyalətində suriyalı druz və bədəvi qəbilələri arasında silahlı toqquşmalar davam edir.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, ölənlərin sayı artıq 37 nəfərə çatıb ki, onlardan 27-si druz, 10-u bədəvidir. Daha 50 nəfər yaralanıb.
Qeyd edilir ki, Dəməşq-Əs-Suveyda yolundakı polis nəzarət məntəqəsinə də hücum edilib. Hadisə yerinə əlavə daxili təhlükəsizlik qüvvələri cəlb edilib.