İran-ABŞ danışıqlarının vaxtı açıqlanıb
Bu barədə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff danışıb

ABŞ-İran danışıqları böyük ehtimalla gələn həftə baş tutacaq.
Bunu ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib.
"Bu görüş çox yaxında baş tutacaq. Ola bilsin, gələn həftə", - o deyib.
ABŞ Prezidenti Donald Tramp da öz növbəsində İranın “görüş xahiş etdiyini” bildirib və danışıqların nəyisə kağız üzərində qoymaqla nəticələnəcəyi təqdirdə, “bu, yaxşı olardı” - deyib. Amerika liderinin sözlərinə görə, İslam Respublikası ilə danışıqlarda o qədər də xüsusi məna görmür, çünki ABŞ onun nüvə proqramını məhv edib.
"Bu baş verəndə (ABŞ İranın nüvə obyektlərinə zərbələr endirəndə - red.) mən müzakirələrin nədən ibarət olduğunu soruşdum. Düşünürəm ki, onların bizə hörməti var, İsrailə də hörməti var. Onlar görüşmək istəyirlər, biz də görüşəcəyik", - Tramp əlavə edib.
ABŞ rəhbəri həmçinin bildirib ki, Vaşinqton çətin ki, yenidən İrana qarşı hərbi güc tətbiq etsin. "Ümid edirəm, biz bunu etmək məcburiyyətində qalmayacağıq. Təsəvvür edə bilmirəm ki, biz bunu etmək istəyəcəyik", - ABŞ Prezidenti qeyd edib.