İran XİN rəhbəri BMT Təhlükəsizlik Şurasına gedə bilməyib
Abdullahian TŞ-nın Qəzzadakı vəziyyətin müzakirəsində iştirak etməməsində ABŞ-ın vizanı gecikdirməsi ilə izah edib

İranın xarici işlər naziri vizaların gec verilməsi səbəbindən ABŞ-a gedə bilməyəcək.
“ABŞ mənə və İran nümayəndə heyətinin digər üzvlərinə viza verməkdə gecikdi”.
Bunu jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
"Birləşmiş Ştatlar mənə və İran nümayəndə heyətinin üzvlərinə bu səhər viza verdi, ona görə də BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək praktiki olaraq mümkün olmadı", - nazir vurğulayıb.
O qeyd edib ki, İran prezidenti İbrahim Rəisinin bu həftə Ankaraya səfəri BMT Təhlükəsizlik Şurasının Qəzzada vəziyyət və atəşkəs prosesi ilə bağlı iclası keçirildiyi üçün təxirə salınıb.
“BMT Təhlükəsizlik Şurasının iclasına üzv ölkələrin və bəzi ölkələrin, məsələn, İranın xarici işlər nazirləri dəvət olunmuşdu. Mən də, türkiyəli həmkarım Hakan Fidan da bu gün Nyu Yorkda olmalı idik. Birinci prioritet Təhlükəsizlik Şurasının iclasıdır. Prezident Rəisi və Prezident Ərdoğan telefon danışığında bir neçə gün ərzində Türkiyəyə səfər etmək barədə razılığa gəliblər”, - Abdullahian qeyd edib.